AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN Şirvanda reyd keçirdi

  • + A
  • - A
  • 7-05-2021, 20:54


    Daxili İşlər Nazirliyinin tədbirlər planına uyğun olaraq Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
    DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan
    Azadmedia.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücüləri saxlayaraq onlarla maarifləndirici söhbətlər aparıblar, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər.
    Həmçinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşları COVID-19 pandemiyası ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, mövcud qaydalara riayət etmələrini və marşrut avtobuslarında sərnişinlərin mütləq qaydada tibbi maskadan istifadə etmələrini tapşırıblar.
    Tədbirlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR