AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əlaqəli qurumlar "fil qulağında" yatır, polis onların əvəzinə işləyir

  • + A
  • - A
  • 15-11-2022, 12:36

    Əlaqəli qurumlar "fil qulağında" yatır, polis onların əvəzinə işləyir

    Hər dəfə azyaşlıların erkən nigaha cəlb edilməsi kəskin qınaq və tənqidlə qarşılansa da, təəssüflə qeyd edək ki, bu hallar hələ də yaşanır. Əyalətlərdə bu hadisəyə daha intensiv rast gəlmək olur. Bu dəfə azyaşlının nigaha cəlb edilməsi xəbəri Şəmkirdən gəldi. Bu barədə Kəmalə xanım Ağazadə sosial şəbəkədə məlumat yayaraq bildirdi ki, Şəmkirdə 15 yaşı hələ yanvarda tamam olacaq qızı 26 yaşlı əmioğluna veriblər.
    Bütün rayonlarda icra hakimiyyətlərində həddi buluğa çatmayanlarla iş aparan şöbə var. Bu ştatda maaşı kimlər alır? Niyə onlar ərazi icra nümayəndələri ilə sıx əlaqədə işləmir? Kəmalə xanım qeyd edib ki, hal-hazırda DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun rəhbəri Eşqin Qasımovun nəzarəti altında məsələ araşdırılır. Təəssüf ki, bir çox əlaqəli qurumlar fil qulağında yatır, polis və sosial şəbəkələr onların əvəzinə işləyir. Məhv olan ailə institutlarımız barədə mövzunu hələki danışmaq istəmirəm. Bu, geniş mövzudur. Mövzuya qayıdacağam.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR