AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 9-12-2022, 11:36

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Balakəndə qonşusunun evindən 23 min manatı oğurlayıb öz əyləncəsinə xərcləyən şəxs tutulub

    Balakən rayonunun Tülü kəndində yerləşən evlərin birindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan 12 min ABŞ dolları, 3 min manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Pərviz Umudov saxlanılıb. Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib. İlkin araşdırma zamanı müəyyən edilib ki, P.Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakı şəhərinə gedib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı paltar alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
    Faktla bağlı cinayət işi başlanılıb, Pərviz Umudovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

    Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

    ❗Yol-nəqliyyat hadisəsi
    Dekabrın 9-da saat 1 radələrində Qazax rayonunun Ağköynək kəndi ərazisində Bakı şəhər sakini Rəşad Vəliyev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini Kamil Qaragözov hadisə yerində ölüblər.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Narkotik

    Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ağamir Əzimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 18 qramdan artıq metamfetamin və 520 qram marixuana götürülüb.
    Araşdırma aparılır.

    ❗Narkotik
    Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Ağstafa rayon sakini Şahin Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 354 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

    ❗Narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub

    Dekabrın 8-də saat 11 radələrində Binəqədi rayonu ərazisində “İsuzu” markalı mikroavtobus yol nişanının tələbini pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Abşeron rayon sakini Kənan Həzrətquliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunaraq Binəqədi rayon Məhkəməsinə göndərilib.
    Məhkəmənin qərarı ilə K.Həzərətquliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

    Saxta pul

    Paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb.
    24-cü Polis Şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən olunub.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR