Ermənistan NATO-dakı missiyasında, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında və ATƏT-dəki nümayəndəliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsi təsis edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan qərar imzalayıb.
Belə ki, Papikyan attaşelərin Ermənistanın NATO-dakı missiyasında, mənzil-qərargahı Belçikanın Mons şəhərində yerləşən NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığında və ATƏT-dəki nümayəndəlikdə fəaliyyət göstərəcəyini bildirib.
Qeyd edək ki, nazir eyni zamanda Ermənistanın NATO missiyasındakı hərbi nümayəndəsinin vəzifə səlahiyyətlərinin azaldıldığını qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.