AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aleksey Navalnının ölümü ilə bağlı dəhşətli detallar AÇIQLANDI

  • + A
  • - A
  • 18-02-2024, 14:20

    Aleksey Navalnının ölümü ilə bağlı dəhşətli detallar AÇIQLANDI

    Rusiyalı müxalifət lideri Aleksey Navalnını 2023-cü ilin avqustundan həbsxanada yavaş-yavaş zəhərləyiblər. Ona qanını qatılaşdıran maddə veriblər. Bununla paralel olaraq həbsxana əməkdaşları işgəncə siyasəti apararaq onu sudan məhrum ediblər.

    Rusiya İstintaq Komitəsindəki mənbələr və Navalnının ətrafı iddia edir ki, bu dəhşətli planın təşəbbüskarı adıçəkilən komitənin rəhbəri Aleksandr Bastrıkindir. 2012-ci ildə Navalnının təhqiqatından sonra Bastrıkinin müxalifətçiyə qarşı şəxsi nifrəti yaranıb. Navalnının həbsindən sonra Bastrıkin Rusiya Federal Penitensiar Xidmətinin rəhbəri Arkadi Qostevin dəstəyi ilə Putinə siyasətçinin həbsxanada öldürülməsini təklif edib.

    Plana görə, siyasətçi ürək-damar sistemindəki problemlərdən yavaş-yavaş ölməliymiş. Lakin o, fevralın 16-da dünya ictimaiyyətinin kəskin reaksiyasına səbəb olaraq dünyasını dəyişib.

    Mərhum siyasətçinin çevrəsindən olan həmsöhbət həbsxanadan mümkün zəhərlənmə ilə bağlı mesajlar çatdırıb. Qanın laxtalanması ilə bağlı məlumat doğrudursa, NV-ə danışan biokimyaçı hesab edir ki, ona həbsxanada işgəncə və su çatışmazlığı rejimi altında qanın qatılaşmasına və qan laxtalanmasına səbəb olan hər hansı bir laxtalanma maddəsi verilə bilərdi. Bu da sonda ölümə gətirib çıxaracaqdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR