AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

  • + A
  • - A
  • 14-07-2024, 13:00

    Rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

    İyulun 14-ü saat 10:00-a olan məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


    Bildirilib ki, düşən yağıntının miqdarı Şəmkir, Oğuz, Şamaxı, Quba, Biləsuvar, Astarada 1 millimetrədək olub.

    İyulun 13-də şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 18 m/s-dək güclənib.

    Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR