AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya və erkən nikahlara yox deyək" mövzusunda görüş keçirildi

  • + A
  • - A
  • 29-10-2024, 19:00

    Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  "Narkomaniya və erkən nikahlara yox deyək" mövzusunda görüş keçirildi

    Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şərəfə kənd tam orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək" mövzusunda görüş keçirilib.

    Çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bilidirib ki, tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.

    Tədbirdə həmçinin, ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyində olan abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR