Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə "BMW" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Rafiq Şıxəliyev saxlanılaraq şöbəyə gətirilib.
Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 2 illik sürücülük hüququndan məhrum edilərək, 15 sutka inzibati qaydada həbs edilib.