AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

9 Noyabr – Bayraq günü

  • + A
  • - A
  • 7-11-2024, 21:00

    9 Noyabr – Bayraq günü

    Bayraq bizim ən dəyərli atributlarımızdandır. 100 ildən çox tarixi olan şanlı bayrağımız milliyətciliyimizdə, mənəviyyatımızda,tariximizdə çox önəmli, mühüm rol oynayır.

    1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ilk dəfə Nazirlər şurası tərəfindən bayraq ilk dəfə təsdiq olunub.1920-ci il aprelin 28-də Cümhuriyyətin süqut etməsi və Azərbaycanda Sovet İttifaqının qurulması ilə bayraq ləğv edilir. Üçrəngli bayrağımız növbəti dəfə 70 il sonra 1990-cı il noyabrın 17- də Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sesiyasında qaldırılıb və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdışı, ölkənin və xalqın xilası olmuştur. Üçrəngli bayrağımız Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə ikinci dəfə dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır.

    Ümummilli liderin bizə ərmağan qoyduğu müasir-müstəqil Azərbaycanda onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında “Əsasnamə”yə əlavə və dəyişikliklər etmişdir. Azərbaycan Dövlət Bayrağının istifadə qaydası haqqında qanunlar imzalamışdır, bu yüksək ehtiramın ifadəsidir.

    Prezident İlham Əliyev 2009-cu il noyabrın 17- də imzaladığı digər bir sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi əsası ilə Azərbaycan Respublikası Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-i Dövlət Bayrağı Meydanında təntənəli açılışla ucalmışdır. Dünyanın ən uca bayrağı Bakıda, Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycanın üçrəngli bayrağıdır.

    Bu gün Azərbaycanın hər yerində bayrağımız dalğalanmaqdadır. Qarabağda, Xankəndində, Şuşada dalğalanan üçrəngli bayraq qürur mənbəyimizdir. Bayraq, torpaq uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusu 30 ilə yaxın həsrətə son qoyaraq bayrağımızı işğaldan azad olunan torpaqlarda dalğalandırdı.

    Rəmzi Şahverdiyev,
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəal üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR