AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon İcra hakimiyyətinin əməkdaşları şəhid Səməndər İsgəndərovun anım günündə iştirak etdilər

  • + A
  • - A
  • Dünən, 15:06

    Masallı rayon İcra hakimiyyətinin əməkdaşları şəhid Səməndər İsgəndərovun anım günündə iştirak etdilər

    Şəhid Səməndər İsgəndərovun şəhadətinin 4-cü ildönümü anıldı

    13 noyabr 2024-cü il tarixində Masallı rayonunun Sərçuvar kəndində şəhid İsgəndərov Səməndər Vahid oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.
    Şəhid Səməndər İsgəndərovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin Böyük məsləhətçisi Nurlan Muradov, İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR