Şəhid əsgər Səməndər Vahid oğlu İsgəndərovun anım mərasimi
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 13 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Sərçuvar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Səməndər Vahid oğlu İsgəndərovun il mərasimi keçirilib.
İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak ediblər.
Mərasimdə şəhidlərimizin portretləri bütün stollara qoyulmuş, divarlarlardan asılıb.
İcra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Səıməndər və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Səməndər kimi oğullar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Səməndər, təkcə Vahidin yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Səməndər balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı il mərasimi keçirilən Sərçuvar kəndindən xəbər verir ki, cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
Masallı rayonunun icra başçısı Ş.Məmmədov geniş nitqində deyib:
-Şəhidlər ölməz, Vətən bölünməz, deyirlər. Bütün şəhidlərimizin hüzr məclisində iştirak etmişik. İndi də Sərçuvar kəndində şəhid əsgər Səməndər İsgəndərovun il mərasimində iştirak edirik. 200 il idi ki, torpaqlarımızıl geri ala milmirdik, torpaqlarımızı itirə-itirə gəlirdik. Ali Baş Komandanımızın, əsgər və zabitlərimizin birgə səyi nəticəsində ləyaqətimiz qayıtdı, əyilən belimiz dikəldi. Qonşularımızla həmişə mehriban dolanmışıq. Mehribançılıq yaxşı adətdir. Amma, ermənilər bizə xəyanət etdilər. Torpaqlarımızı 30 il tapdaq altında saxladılar, xalqımızın başına işgəncələr açdılar. Nəticədə 1 milyon əhalimiz öz ata-baba yurdlarından didərgin düşmüşdülər. Keçən il Zəfər Qələbəsi qazandıq. Dahi Heydər Əliyevin siyasi varisi, ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev xalqa Qələbənin sevincini yaşatdı. Ötən ilin noyabrın 8-də Fəxri xiyabana gələrək Şuşanın azad olunması ilə Ulu Öndər Heydər Əliyevin məzarı önündə, ata vəsiyyətini yerinə yetirildiyini qeyd edərək bildirmişdir ki, mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bildiyiniz kimi ölkə başçımız bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən VIII Zirvə görüşündə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdür. Bu orden Azərbaycan Prezidentinə Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə verilmişdir. Dahi rəhbərin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir ki, bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir.
-Şəhidlər kitablara yazılacaq, dərsliklərə salınacaq. Şairlər öz şeirlərini sevinc hissləri ilə yazmalıdırlar. Şəhidlər heç vaxtı unudulmayacaqlar. Həyat belə davam edir. Allah Səməndər balamıza, bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri behişt olsun...-deyən rayon rəhbəri çıxışını yekunlaşdırıb.
Məlumat üçün bildirək ki, şəhid əsgər Səməndər Vahid oğlu İsgəndərov 23 iyun 1996-cı ildə Sərçuvar kəndində anadan olmuşdur.
Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbini bitirdikdən sonra, 2014-cü ildə Masallı rayonundan həqiqi hərbi xidmətə yola salınmışdır.
Həmçinin, skripka üzrə musiqi təhsili də almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini topçu kimi uğurla başa vurmuşdur.
27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində bir çox istiqamətlərdə gedən şiddətli döyüşlərdə qəhrəmanlıq və igidlik göstərən Səməndər düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və itkimizin az olması üçün yaralı əsgərlərimizi döyüş meydanından çıxarmaqdan ötrü əlindən gələni əsirgəməmişdir.
Döyüşdə böyük şücaət göstərən Səməndər İsgəndərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid 13 noyabr 2021-ci il tarixdə Sərçuvar kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.
Subay idi. Altı ay idi ki, nişanlanmışdı...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2021-ci il, 24 iyun 2021-ci il tarixli 3 Sərəncamına əsasən Səməndər Vahid oğlu İsgəndərov ölümündən sonra "Vətən uğrunda", «Cəbrayılın azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Şəhid Səməndər İsgəndərovun ailəsi, şəxsən atası Vahid İsgəndərov hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildiriblər.
İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndələri Hacı Məftun Hüseynov və Haci Sədi Axundzadə, kəndin axundu Hacı Rahib Qafarov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar ediblər.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Səməndər Vahid oğlu İsgəndərovun məzarını ziyarət ediblər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə çiçəklər düzülüb.
Çıxışlarda şəhid barədə xatirələr danışılmış, Səməndərin heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilib.
Ülkər Piriyeva