AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda kənddaxili yollara bələdiyyə və xeyriyyəçilər tərəfindən çınqıl tökülmüşdür

  • + A
  • - A
  • Dünən, 23:47

    Masallıda kənddaxili yollara bələdiyyə və xeyriyyəçilər tərəfindən çınqıl tökülmüşdür

    Masallı rayon ərazisində kənddaxili yollar bələdiyyələrlə yanaşı kənd xeyriyyəçiləri tərəfindən də cari təmir olunur və yolların təmirinə kənd sakinləri ruh yüksəkliyi ilə səfərbər olaraq iməciliklər təşkil edir, yolara tökülmüş çınqıl-qumu həm texnika həmdə əllə yayılmasına dəstək olurlar. Bu da digər küçələrdə eləcə də qonşu yaşayış məntəqələrində sakinlərin bu ənənəyə qoşulmasına böyük töhvə verir.

    Belə ki, rayonun Bədəlan ərazisinin Aşurlu kəndində 700 metr, Xırmandalı kəndində 100 metr, Təklə ərazisinin Sığıncaq kəndində 100 metr, Həsənli kəndində 80 metr, Musakücə kəndində 250 metr, Miyanku ərazisinin Nəzəroba kəndində 300 metr, Çaxırlı kəndində 50 metr, Sığdaş ərazisinin Ninəlov kəndində 90 metr və Göyəçöl kəndində 200 metr yola çınqıl tökülərək hamarlanmışdır.

    Rayon ərazisində daxili yolların cari təmir olunması işləri hər gün davam etdirilir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR