AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan ərazisində orta dəhlizin komunikasiya xətləri uğurla həyata keçrilməkdədir

  • + A
  • - A
  • Bu gün, 11:37

    Azərbaycan ərazisində orta dəhlizin komunikasiya xətləri uğurla həyata keçrilməkdədir

    Azərbaycanın Orta Dəhlizdəki liderlik rolu, yalnız region üçün deyil, həm də qlobal miqyasda əhəmiyyətlidir.
    Prezident İlham Əliyevin çıxışında da vurğuladığı kimi, Azərbaycan–Qazaxıstan, Azərbaycan–Qırğızıstan və Azərbaycan–Özbəkistan birgə investisiya fondlarının yaradılması, həm regional, həm də qlobal iqtisadi əlaqələri gücləndirir. Prezidentin qeyd etdiyi kimi, "Rəqəmsal İpək Yolu" layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək. Azərbaycan 2027-ci ilə qədər Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı məqsədlərini reallaşdırmağa davam edəcək və bununla da, bu dəhliz boyunca malların və məlumatların sərbəst və səmərəli mübadiləsini təmin edəcək.

    Orta Dəhliz sadəcə iqtisadi inkişaf və ticarət üçün mühüm infrastruktur deyil, həm də Türk dövlətlərinin iqtisadi inteqrasiyası üçün əhəmiyyətli vasitədir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi dövlətlər Orta Dəhlizin inkişafı vasitəsilə həm regiondaxili, həm də qlobal miqyasda iqtisadi əlaqələrini möhkəmləndirirlər. Bu ölkələr arasında ticarət axınlarının sürətlənməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və transsərhəd əməkdaşlıq sahəsində müsbət dəyişikliklər müşahidə olunur.

    2024-cü ilin sonuna qədər 300-dən çox blok qatarının Azərbaycandan keçməsi gözlənilir. Bu addım nəqliyyat şəbəkələrinin optimallaşdırılmasına və region ölkələri arasında ticarət həcminin artırılmasına təkan verəcək. Bu cür təşəbbüslər Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı dərinləşdirir və Orta Dəhlizin bu dövlətlər arasında əlaqələri gücləndirməyə verdiyi töhfəni nümayiş etdirir.

    Preziden İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.


    COP29 çərçivəsindəki “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda keçirilən tədbir Orta Dəhlizin qlobal ticarətdəki rolunun gələcəkdə daha da güclənəcəyini və bu dəhlizin rəqəmsal və ekoloji baxımdan necə inkişaf edə biləcəyini aydın şəkildə göstərdi. Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq miqyasda bu transformasiyanı həyata keçirmək üçün mühüm addımlar atır. Bu dövr yalnız yeni texnologiyaların tətbiqi ilə bağlı deyil, həm də qlobal nəqliyyat şəbəkələrinin davamlılıq baxımından inkişaf etdirilməsi ilə əlaqəli dövr olaraq yadda qalacaq. Rəqəmsal və ekoloji dayanıqlı nəqliyyat şəbəkələri qlobal ticarətin gələcəyini formalaşdıran əsas amillərdən biri olacaq. Orta Dəhlizin bu sahədəki inkişafı qlobal iqtisadiyyatın davamlı və yaşıl inkişafını təmin etməyə dəstək verəcək.

    Ötən ilin noyabr ayında ölkəmiz təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. Belə bir mötəbər iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.

    YAP Masallı rayon təşkilatı, Hişkədərə ərazi partiya təşkilatının sədr müavini İlham Ağayev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR