18 fevral 2025-ci il tarixdə Masallı rayon Banbaşı kəndində Cavanşir Qasımov adına tam orta məktəbində “Norkamaniya və erkən nikaha qarsı mübarizə” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev, rəis müavini İxtiyar Talıbov, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini Abbas Abbaszadə, Masallı rayon Təhsil sektorunun müdiri Elman Rzayev, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Görüşdə çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı rayon Təhsil sektorunun müdiri Elman Rzayev, RPŞ-nin İTB-nin YYÇ-nin inspektoru, polis kapitanı Samit Əliyev bilidirmişlər ki, tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.Həmçinin erkən nikah da daim diqqətdə saxlanılan mövzudur. Bu səpkidə tədbirlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılmasının nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq hal-hazırda erkən nikahın qarşısı alınaraq azalmaqdadır. Boşanmalarda erkən yaşda ailə həyatı quran gənclərimizin sayı üstünlük təşkil edir. Erkən nikahla qurulmuş ailədə doğulmuş uşağın qüsurlu olması, ananın fiziki cəhətdən travma alması labüddür.Eyni zamanda erkən nikahlardan yaranan digər bir amil də məişət zorakılığıdır ki, bu da ailələrin dağılmasına gətirib çıxarır.
Tədbirdə həmçinin, ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyində olan abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.