AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının Birinci Səmədxanlı kəndində rayon rəhbərinin səyyar görüş-qəbulu keçirildi

  • + A
  • - A
  • Dünən, 20:00

    Masallının Birinci Səmədxanlı kəndində rayon rəhbərinin səyyar görüş-qəbulu keçirildi

    27 fevral 2025-ci il tarixdə rayonun Birinci Səmədxanlı kəndində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək bildirmişdir ki, ərazidə ötən qəbul zamanı 4 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırılmış, müraciətlərin 2-si müsbət həll olunmuş və 2 müraciətə qanunamüvafiq izahat verilmişdir.
    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Səmədxanlı ərazisində 2 transformator dəyişdirilmiş, 2 transformator təmir olunmuş və 30 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuş, Ətcələr kəndindən olan şəhidlər Rasim Ağayev və Mərdan İbayevin ailələri yaşayan küçəyə 350 metr məsafədə asfalt örtüyü döşənmiş və 4 km məsafədə kənddaxili küçələrə çınqıl tökülərək hamarlanmış, GPON lahiyəsi üzrə “AzTelekom” İB, “CityNet” MMC və “SelNet“ MMC şirkətləri tərəfindən yeni internet xətləri çəkilərək abonentlərin istifadəsinə verilmiş və ərazi üzrə ümumilikdə 1,2 km məsafədə kanal təmizlənmişdir.

    Daha sonra şöbə müdiri Səmədxanlı ərazisində ümumilikdə 2,5 km məsafədə küçələr işıqlandırılmış və ərazidə evi yanmış kənd sakininə evinin tikintisindən ötrü ümumilikdə 2000 manata yaxın maddi vəsaitin toplanması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR