AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəristiliktəchizat” ASC-nin sədri Masallı və Lənkəran rayonundan olan vətəndaşları qəbul etdi

  • + A
  • - A
  • Bu gün, 11:11

    “Azəristiliktəchizat” ASC-nin sədri Masallı və Lənkəran rayonundan olan vətəndaşları qəbul etdi

    “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Masallı və Lənkəran rayonundan olan vətəndaşların qəbulunu keçirmişdir.

    Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin fevral ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Masallı rayonunda Masallı və Lənkəran sakinləri üçün vətəndaş qəbulu keçirmişdir.

    Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhəmdov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
    Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
    Qəbulda iştirak edən bəzi vətəndaşların müraciəti ilə əlaqədar sədrin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev ərazidə sakinlərlə görüşmüş, onların rəy və təkliflərini dinləmişdir.
    Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Masallı rayonunda 2024-2025-ci il payız-qış mövsüm ərzində istismar olunan qazanxanaların fəaliyyəti tanış olmuş, istehlakçıların problemlərinin həll edilməsi istiqamətində texniki dəstəyin göstərilməsi ilə bağlı tapşırıqlarını vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR