AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə maarifləndirici görüş

  • + A
  • - A
  • 22-04-2025, 17:22

    Masallıda "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə maarifləndirici görüş

    Masallı şəhər 3 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib.

    Çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azay Ağayev, rayon təhsil sektorunun müdiri Elman Rzayev və digər aidiyyəti qurumların nümayəndələri bildiriblər ki, narkomaniya təkcə ayrı-ayrı fərdlərin sağlamlığına və həyat tərzinə deyil, ümumilikdə genefonda, iqtisadiyyata və cəmiyyətin bütün sahələrinə mənfi təsir göstərən bəladır. Eyni zamanda çox mürəkkəb və sağalmaz fəsadlara səbəb olan bəşəri bir problemdir.

    Təhsil müəssisələrində və digər kollektivlərlə bu kimi görüşlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

    Sonra narkomaniyanın zərərli təsirləri barədə videoçarx izlənilib və məktəblilərin sualları cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR