AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gədəbəy rayonununun demoqrafik vəziyyəti haqqında

  • + A
  • - A
  • 4-06-2025, 16:11

    Gədəbəy rayonununun demoqrafik vəziyyəti haqqında

    Gədəbəy rayon əhalisinin sayı 2025-ci ilin yanvar-mart aylarında (məcburi köçkünlər istisna olmaqla) 42 nəfər artaraq 01.04.2025-ci il vəziyyətinə 101292 nəfər olmuşdur. Ərazisi 1232,98 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 82 nəfər olmuşdur.

    2025-ci ilin yanvar-mart aylarında Gədəbəy rayonunda 242 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,9-dan 9,7-ə qədər azalmışdır. 2025-ci ilin yanvar-mart aylarında 170 nəfər ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4-dən 6,8-ə qədər azalmışdır.

    2025-ci ilin yanvar-mart aylarında 113 nikaha daxilolma və 29 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2024-cü ilin yanvar-mart aylarına nisbətən nikahların sayı 4,2-dən 4,5-ə və boşanmaların sayı 1,0-dan 1,2-ə qədər artmışdır.

    2025-ci ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 7 nəfər gələn, rayondan gedən qeydə alınmamış, rayon üzrə miqrasiya saldosu müsbət 7 nəfər təşkil etmişdir.


    Gədəbəy Rayon Statistika İdarəsinin rəisi İsmayıl Məmmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR