AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qalıb Azərbaycan Ordusu

  • + A
  • - A
  • 24-06-2025, 19:33

    Qalıb Azərbaycan Ordusu

    24 iyun 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Masallı rayon Komitəsi, Mərkəzi Kitabxana Sistemi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Qalib Azərbaycan Ordusu “ mövzusunda tədbir- sərgi keçirilib.

    Konstitusiya və Suverenlik ili çərçivəsində 26 iyun Silahlı Qüvvələr Gününün yaranmasının 107-çi il dönümü münasibətilə Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, Birinci Qarabağ, Vətən müharibəsi veteranları , qaziləri , mədəniyyət işçiləri iştirak edib.

    İlk öncə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını bayram münasibətilə ilə təbrik edərək Silahlı Qüvvələri Gününün təsis edilməsini , Azərbaycanda Milli Ordu quruculuğunun keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verib.
    Daha sonra Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov, Vətənə Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, Əmək Müharibəsi və Silahlı Qüvvələr Veteranlar təşkilatının sədr müavini, ehtiyatda olan baş gizir Ədalət Hüseynov , Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Masallı rayon Komitəsinin sədri Vəkil İsmayılov, qazi Hikmət Salmanzadə, Bəxtiyar Salayev, Mərkəzi Kitabxananın əməkdaşı Günay Xəlilova mövzu ilə bağlı çıxış ediblər.

    Yekunda tədbir iştirakçıları muzey və qalereyanın birgə hazırladığı Silahlı Qüvvələr Gününə həsr olunan sərgi ilə tanış olaraq çay süfrəsi arxasında söhbət ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR