AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gədəbəy rayonunda demoqrafik vəziyyət haqqında

  • + A
  • - A
  • Bu gün, 09:30

    Gədəbəy rayonunda demoqrafik vəziyyət haqqında

    Gədəbəy Rayon Statistika İdarəsindən verilən məlumata əsasən rayon əhalisinin sayı 2025-ci ilin birinci yarısında (məcburi köçkünlər istisna olmaqla) 83 nəfər artaraq 01.07.2025-ci il vəziyyətinə 101316 nəfər olmuşdur. Ərazisi 1232,98 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 82 nəfər olmuşdur.

    2025-ci ilin birinci yarısında təbii artım 123 nəfər təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 1,4-dən 1,2-ə qədər azalmışdır. Rayonda 480 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 4,6-dan 4,7-ə qədər artmışdır. 2025-ci ilin birinci yarısında 357 nəfər ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2-dən 3,5-ə qədər artmışdır.
    2025-ci ilin birinci yarısında 237 nikaha daxilolma və 63 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2024-cü ilin birinci yarısına nisbətən nikahların sayı 2,2-dən 2,3-ə qədər artmış və boşanmaların isə dəyişməmişdir.

    2025-ci ilin birinci yarısında daimi yaşamaq üçün rayona 23 nəfər gəlmiş, rayondan gedən qeydə alınmamış və rayon üzrə miqrasiya saldosu müsbət 23 nəfər təşkil etmişdir.


    Gədəbəy Rayon Statistika İdarəsinin rəisi İsmayıl Məmmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR