AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri Qızılağac ərazisində əkin sahələrinə baxış keçirib

  • + A
  • - A
  • Dünən, 16:11

    Masallıda rayon rəhbəri Qızılağac ərazisində əkin sahələrinə baxış keçirib

    Masallı rayonunda son illərdə rayon rəhbərliyinin təşəbbüsü və dövlət proqramlarının dəstəyi ilə kənd təsərrüfatının inkişafında artım müşahidə olunur. Rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq əkin sahələrinə yerində baxış keçirilir, fermerlərlə görüşülür, onların təklif və problemləri dinlənilir.
    03 sentyabr 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyi, bələdiyyə və media nümayəndələri birlikdə Qızılağac ərazisində yerləşən kənd təsərrüfatı sahələrinə baxış keçirmişdir.

    Qızılağac ərazisində yerləşən kənd təsərüffatı sahələrinə baxış keçirən rayon rəhbəri əkin sahələrinin vəziyyəti, aqrotexniki qulluq işlərinin gedişi və gələcək məhsuldarlıq barədə fermerlərlə söhbət aparmışdır. Əkin sahələrinin mövcud vəziyyəti ilə yerində tanış olan rayon rəhbəri qeyd etmişdir ki, bu sahələrin inkişafı həm yerli iqtisadiyyatın gücləndirilməsində, həm də məşğulluğun artırılmasında mühüm rol oynayır.

    Rayon rəhbəri kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinin rayonun sosial-iqtisadi rifahı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR