Rayonda əhalinin sosial rifahının yüksəldilməsi və infrastrukturun müasirləşdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Xüsusilə, əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılması məqsədilə əkin sahələrinin suvarılmasının təmin olunması, həm sel, həm də daşqın kimi təbii fəlakətlərin qarşısının alınması üçün su kanallarının təmizlənməsi və bərpası işləri görülmüşdür.
Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 2025-ci ilin yanvar ayının əvvəlindən avqust ayının sonunadək rayon ərazisində ümumilikdə 88 km uzunluğunda suötürücü kanal təmizlənmişdir.
Qeyd etmək istəyirik ki, 2025-ci ilin sonunadək su kanallarının təmizlənməsi işləri davam etdiriləcəkdir.
Rayon ərazisində su kanallarında aparılan təmizlik və yenidənqurma işləri nəticəsində sel və daşqın kimi təbii fəlakətlərin qarşısının alınacağı, kənd təsərrüfatı istehsalında artımın və əhalinin su təminatında sabitliyin əldə olunacağına mühüm töhfə verəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.