AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Çəltik və Düyü festivalı” ilə əlaqədar - ELAN

  • + A
  • - A
  • Bu gün, 14:14

    “Çəltik və Düyü festivalı” ilə əlaqədar - ELAN

    Hörmətli Masallı sakinləri və qonaqlar!
    Sizi 26 sentyabr 2025-ci il tarixdə saat 10:30-da Masallı Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda keçiriləcək “Çəltik və Düyü festivalı”na dəvət edirik.

    Festivalda rayonda çəltik əkini və çəltik biçini üçün istifadə olunan texnikalar, çəltik və çəltikdən hazırlanan məhsullar, düyü və düyüdən hazırlanan ərzaq və qida məhsulları, çəltik və digər toxum növləri, rayonda istehsal olunan kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları, el sənətkarlığı və hazırlanan məhsulları, sənaye məhsulları, məktəblərin hazırladığı əl işləri nümayiş olunacaqdır.

    Digər şəhər və rayonlardan kənd təsərrüfatı texnika və avadanlıqlarının satışı ilə məşğul olan 50-ə yaxın şirkət iştirak edəcəkdir.
    Eyni zamanda toxum sərgi-satış yarmarkası təşkil olunacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR