Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmışdır.
Sığdaş kəndində 350 metr məsafədə kənddaxili yola asfalt örtüyü döşənmişdir. Təzə Alvadı ərazisinin Əhmədli kəndində 800 metr, Həsənli ərazisinin Köçəkli kəndində 500 metr, Mahmudavar ərazisinin Rüdəkənar kəndində 400 metr, Köhnə Alvadı kəndində 350 metr, Güllütəpə ərazisində 210 metr, Xıl kəndində 150 metr, Təklə ərazisinin Sığıncaq kəndində 100 metr, Yeyənkənd kəndində 100 metr, Həsənli ərazisinin Məmmədxanlı kəndində 80 metr, Türkoba ərazisinin Qəzvinoba kəndində 60 metr və Yeyənkənd kəndində 50 metr məsafədə kənddaxili yola çınqıl döşənmişdir.
Tüklə ərazisinin Tiyaqani kəndində 700 metr məsafədə kənddaxili küçəyə asfalt örtüyünün döşənməsi ilə əlaqədar hazırlıq işlərinə başlanılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.