BMT Baş Assambleyasının 2015-ci il tarixli 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq 2025-ci ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasında Statistika Günü qeyd olunacaqdır.
Qədim dövrlərdən başlayaraq dövlətlərin iqtisadiyyatının və sosial həyatının inkişafında statistikanın mühüm əhəhmiyyəti olmuşdur.Cəmiyyətin hər bir üzvü hər hansı dövlət haqqında ətraflı məlumatları statistik rəqəmlərin vasitəsilə əldə edir.Yaşadığımız son illərə nəzər salsaq görərik ki,statistikanın surətlə dəyişən dünya iqtisadiyyatındakı rolu əhəmiyyətli dərəcədə artmışdır.
1920-ci ilin iyul ayının 8-də Azərbaycan İnqilab Komitəsi tərəfindən statistikanın müvəqqəti kollegiyası haqqında əsasnamə təsdiq edilmişdir.Daha sonra Azərbaycan SSR inqilab şurasınının 9 avqust 1920-ci il tarixli dekretinə uyğun olaraq 15 bölmədən ibarət Mərkəzi Statistika Idarəsi yaradılmışdır.Beləliklə hər beş ildən bir ölkəmizdə Ümumdünya Statistika Gününü qeyd etməklə yanaşı həm də Azərbaycanda rəsmi statistikanın yaranmasının yubiley illəri,başqa sözlə desək peşə bayramımız qeyd edilir.

Uzun inkişaf yolu keçmiş statistika sisteminin inkişafı 1969-cu ildən Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə daha böyük imkanlar qazanmışdır.18 fevral 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Statistika haqqında” Azərbaycan Respublikasının qanunu imzalanmış və bu tarixdən qanunun qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı imzalanmışdır.Qanunun qəbulundan sonra statistika sahəsində yeni bir dövr başlanmışdır.”Rəsmi statistika haqqında” qanun bu sahədə islahatların və yeni yanaşmanın əsasını qoymuşdur.Dövlət idarəetmə orqanlarının və geniş ictimayyətin sosial-iqtisadi prosseslərin müxtəlif aspektləri,habelə ən mühim göstəricilərin beynəlxalq müqayisəsi haqqında etibarlı məlumatlarla təmin olunmasına imkan verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi başladığı gündən bu günə qədər dövlət statsitikanın inkişafını uğurla davam etdirərək daha da yüksək səviyyəyə çatdırmışdır.Bunun nəticəsidir ki,Azərbaycan statistikası çox keyfiyyətli və təqdirəlayiq işləri yerinə yetirir.
Rəsmi statistikanın inkişafı ilə bağlı 5 dövlət proqramı hazırlanmış və icra olunmuşdur.2018-2025-ci illəri əhatə edən rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı qəbul olunmuş və ölkə prezidentinin2018-ci il 14 fevral tarixli 36/72 nömrəli sərəncamı ilə təsdiq edilmiş və uğurla yerinə yetirilərək davam etdirilir.
“2018-2025”-ci illərdə Azərbaycan Respublikasında rəsmi statstikanın inkişafına dair dövlət proqramının müvafiq bəndlərinə uyğun olaraq əvvəlcə 2019-cu ilin oktyabrında əhalinin növbəti siyahıya alınması,daha sonra 2025-ci ilin 15 iyul-15 avqust tarixlərində Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıya alınması uğurla keçirilmişdir.
Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi,bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması,cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi,ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması,statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması,iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur.Bu məqsədlə,Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir.
BMT-nin Statistika Komissiyasının qərarı ilə bu oktyabrın 20-də “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək”şüarı altında Ümudünya Statistika Günü qeyd ediləcəkdir.Bu günün dünya səviyyəsində qeyd olunması statistikanın rolunu yüksəltməklə yanaşı bu sistemdə çalışanların məsuliyyətini bir daha artırırmış olur.
Şəmkir Rayon Statistika İdarəsinin rəisi: Şikar Həsənov