AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhid Elvin Əzizovun xatirəsi anıldı

  • + A
  • - A
  • Bu gün, 11:22

    Masallıda şəhid Elvin Əzizovun xatirəsi anıldı

    16 oktyabr 2025-ci il tarixində Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev və Rəmzi Şahverdiyev, Masallı Rayon Polis Şöbəsinin polis kapitanı Ramil Zeynalov və şöbənin əməkdaşları Qarğalıq kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Əzizov Elvin Əfrayil oğlunun anım günü münasibətilə onun məzarını və ailəsini ziyarət ediblər.

    Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Görüşdə Millət Vəkili Məşhur Məmmədovun salamları və dərin ehtiramı şəhid ailəsinə çatdırılıb.

    Tədbir iştirakçıları şəhidin qəhrəmanlıq yolundan, Vətən uğrunda göstərdiyi fədakarlıqdan danışaraq qeyd ediblər ki, Elvin Əzizov kimi igid övladlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və hörmətə görə Milli Məclisin deputatı Məşhur Məmmədova, Masallı RPŞ-nin rəisi Azay Ağayeva dərin minnətdarlıqlarını bildiriblər.
    Onlar vurğulayıblar ki, dövlətin və ictimaiyyətin bu qayğısı şəhid ailələri üçün böyük mənəvi dayaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR