AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 oktyabr-Ümumdünya Statistika günü

  • + A
  • - A
  • Bu gün, 13:33

    20 oktyabr-Ümumdünya Statistika günü

    BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-si Ümumdünya Statistika Günü elan edilmiş və onun “Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi” mövzusu üzrə keçirilməsi qərara alınmışdır.

    Bu günün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir. Qətnamə qəbul edildikdən sonra BMT-nin Baş katibi dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 2015-ci il 19 avqust tarixli məktubla müraciət edərək Ümumdünya Statistika Gününün qeyd olunmasının dəstəklənməsini xahiş etmişdir. Baş katib məktubda statistikanın vacibliyini, milli statistika potensialının fundamental əhəmiyyət daşıdığını, etibarlı statistikanın milli, regional və beynəlxalq səviyyədə siyasətin formalaşdırılması və monitorinqi üçün əvəzolunmaz əsas olduğunu vurğulamışdır.Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi təsdiq etmişdir.

    Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir, məlumat mübadiləsi aparır. Statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev də statistikaya yüksək qiymət vermişdir.

    Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi gündən gündəlik qayğı və diqqət nəticəsində istər respublikada, istərsə də keçmiş İttifaq səviyyəsində Azərbaycan statistikasının nüfuzu getdikcə artmışdır. Ümummilli liderin rəhbərliyi dövründə bütün mötəbər iclaslarda, həmçinin ayrı-ayrı nazirliklərin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, rayon və şəhər rəhbərlərinin fəaliyyətləri müzakirə edilən bütün tədbirlərdə Mərkəzi Statistika İdarəsinin məlumatlarına xüsusi önəm verilirdi ki, bu da statistikanın rolunun və əhəmiyyətinin artmasına öz müsbət təsirini göstərirdi. Ulu Öndərin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsiplərinin bütün tələbləri nəzərə alınmışdır.

    Günümüzdə statistikaya inamın artmasının əsas səbəbi Cənab Prezident İlham Əliyevin ölkə statistikasının inkişafını daim diqqətdə saxlamasıdır. Cənab Prezidentin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramları fəaliyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Dövlət Proqramlarının əsas məqsədi statistika işlərinin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial- iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi yolu ilə rəsmi statsitikanın inkişaf etdirilməsidir. Bu tədbirlərə sosial, iqtisadi və digər sahələr üzrə statistika müşahidələrinin təşkili və metodologiyaların hazırlanması, metaməlumatlar və təsnifatlar, beynəlxalq əməkdaşlıq, maddi- texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətlərini əhatə edən faəliyyətlər daxildir.

    Son illər Dövlət Statisitika Komitəsinin qarşısında duran ən mühüm və həlli vacib məslələrdən biri beynəlxalq keyfiyyət standartlarının qısa müddət ərzində öyrənilməsi, təhlili və tətbiqi olmuşdur. Statistik istehsalın bütün mərhələlərini əhatə edən bu standartlar artıq onilliklər ərzində beynəlxalq səviyyədə tətbiq olunur və ölkələrin statistika təşkilatları tərəfindən öz işlərinin səmərəli işlərində istifadə olunur. Yerli qanunvericiliyin tələbləri nəzərə alınmaqla bu standartların əsası qorunmaq şərtilə milli versiyaları yaradılır və beynəlxalq standart məlumat mübadiləsinin ana xəttini təşkil edir.
    Dövlət Statistika Komitəsi Ümumdünya statistika gününün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə silsilə tədbirlər həyata keçirir.

    Ümumdünya Statistika Günü ərəfəsində 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilib. Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə Ümumdünya Statistika Günü ərəfəsində təşkil olunan bu tədbirin ölkənin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçısı forumun Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi nailiyyətlərin nümayişi üçün vacib platforma olduğunu qeyd edib.


    Ağsu Rayon Statistika İdarəsinin
    aparıcı məsləhətçisi Ləman Abasova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR