AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda məktəblilərlə hüquqi maarifləndirmə mövzusunda görüş keçirilib

  • + A
  • - A
  • Dünən, 16:00

    Masallıda məktəblilərlə hüquqi maarifləndirmə mövzusunda görüş keçirilib

    Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanlar arasında hüquqi biliklərin artırılması və zərərli halların qarşısının alınması məqsədilə maarifləndirici tədbir təşkil olunub.

    Görüşdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Azay Ağayev, şöbənin rəis müavini, polis-mayoru İxtiyar Talıbov, eləcə də LARTİ-nin Masallı sektorunun əməkdaşı iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Çıxış edən qonaqlar şagirdlərlə hüquq pozuntularının nəticələri, zorakılıq və istismar halları, erkən nikah, narkomaniya kimi sosial problemlər barədə söhbətlər aparıblar. Həmçinin məktəblilərə hüquq-mühafizə orqanlarında xidmət və Polis Akademiyasında təhsil imkanları barədə məlumat verilib.

    Tədbirin əsas məqsədi gənclərdə məsuliyyət hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və hüquqi düşüncənin formalaşdırılması olub.

    Tədbir iştirakçıları bu kimi maarifləndirici görüşlərin yetkinlik yaşına çatmayanların hüquqi biliklərinin artırılmasına, mənəvi-əxlaqi dəyərlərə hörmət və məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verdiyini qeyd ediblər. Görüş səmərəli müzakirələrlə yekunlaşıb.




    Cənub regional büronun rəhbəri:
    Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR