AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı məktəbində şagirdlərin təhlükəsizliyi müzakirə olundu: Cinayətin, Zorakılığın və Narkomaniyanın Qarşısı Necə Alınır?

  • + A
  • - A
  • Bu gün, 16:11

    Masallı məktəbində şagirdlərin təhlükəsizliyi müzakirə olundu: Cinayətin, Zorakılığın və Narkomaniyanın Qarşısı Necə Alınır?

    Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə 30 oktyabr 2025-ci il tarixdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsinə həsr olunmuş mühüm tədbir keçirilib.

    Tədbirdə müəllimlər və şagirdlərin iştirakı ilə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, eləcə də onların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik edilmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə geniş müzakirələr aparılıb.

    Mərasimə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

    Tədbirdə Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, rəis müavini polis-mayoru İxtiyar Talıbov və LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev şagirdlərlə Polis Akademiyasında təhsilə təşviqlə bağlı söhbətlər ediblər. Daha sonra debat formatında davam edən tədbirdə şagirdlərin mövzu ilə bağlı bütün sualları ətraflı cavablandırılıb.




    Cənub regional büronun rəhbəri:
    Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR