AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 14:38

    Masallıda “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

    Bu gün Masallı rayonu Mollaoba kənd B. Şiriyev adına tam orta məktəbində maarifləndirici tədbir keçirilib. Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Cahangir Hüseynov və azyaşlılarla iş üzrə baş inspektor, polis mayoru Samid Əliyev iştirak ediblər.

    Tədbir “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Polis Akademiyasına təhsilə təşviq” mövzularına həsr olunub.

    Polkovnik-leytenant Cahangir Hüseynov çıxışında narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə və gələcəyə vurduğu ciddi zərərlərdən danışaraq, gəncləri bu bəladan uzaq durmağa və sağlam həyat tərzi seçməyə çağırıb.

    Baş inspektor Samid Əliyev isə erkən nikah və narkomaniya mövzusunda videoroliklər nümayiş etdirərək, bu problemlərin acınacaqlı nəticələrini əyani şəkildə şagirdlərin diqqətinə çatdırıb.


    Tədbirin sonunda məktəb rəhbərliyi qonaqlara bu cür həssas və aktual mövzularda göstərdikləri diqqət və səmimi çıxışlara görə təşəkkürünü bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR