Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun tapşırığına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin və Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi, onların qayğı və ehtiyaclarının qarşılanması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə mütəmadi olaraq dəstək tədbirləri həyata keçirilir.
Qarğalıq kəndində keçirilən vətəndaş qəbulu başa çatdıqdan sonra icra başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, RİH aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəsi, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri, media təmsilçiləri və kənd sakinləri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət etmişdir.
Ziyarət zamanı şəhidlərin qəbirüstü abidələri önünə tər qərənfillər qoyulmuş, Vətən uğrunda canından keçmiş qəhrəmanların ruhu ehtiramla anılmışdır.
Şəhid ailələrinin üzvləri göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.