AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçay rayon Çaxırlı kənd sakinləri Göyçay rayon icra hakimiyəti başçısının 1 ci müavini İkram Vəliyev tərəfindən qəbul olunub.

  • + A
  • - A
  • 11-08-2021, 15:30


    Qəbulda sakinlərin su problemi ilə bağlı təkliflər dinlənilib. Rayon icra hakimiyyəti rəsmisi məsələnin təcili həllinə dair komissiyanın yaradılmasını, su təminatının təminatı ilə bağlı tapşırıq verib.
    Bildirək ki, sakinlərin suvarma ilə bağlı şikayəti nəticəsində Çaxılırı kənd su birliyinin rəhbəri Babək Baxışov tutduğu vəzifədən azad olunmuşdur.
    Rayon suvarma sistemləri idarəsi, Çaxırlı kənd icra nümayəndəliyinə və kənd bələdiyyəsinə, kənd ağsaqqallarının nəzarəti ilə növbəli şəkildə arx vasitəsilə suyun kəndin aşağı hissəsinə çatdırılması nəzarətə götürüldü.
    Qeyd edək ki, bəzi saytlar Göyçay rayon Çaxırlı kənd sakinlərinin suya olan tələbatlarının təmin olunması barədə rayon icra hakimiyyəti qarşısında aksiya keçirdiklərini və icra hakimiyyəti aparatına buraxılmadlqları barədə şər, böhtan, reallığa və fakta söykənməyən paylaşmalar ediblər. Məsuliyyətsiz, birtərəfli, qərəzli mövqe sərgiləyən bəzi sayt və kanal rəhbərlərinə bildirmək istərdik ki, jurnalist araşdırması aparmadan hansısa xəbəri paylaşmaq olmaz. Xəbər özündə həqiqəti əks etdirərək, dəqiq yazılıb paylaşılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR