AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərtər rayonu düşmən tərəfindən top atəşinə tutulub, 2 icra nümayəndəsi ağır yaralandı

  • + A
  • - A
  • 14-10-2020, 11:00

    Tərtər rayonu düşmən tərəfindən top atəşinə tutulub, 2 icra nümayəndəsi ağır yaralandı
    AzadMedia.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 6 nəfər xəsarət alıb.

    Belə ki, ermənilərin rayon ərazisini top atəşinə tutması nəticəsində ilkin olaraq 4 nəfər mülki şəxs yaralanıb.

    Qeyd edək ki, yaralıları çıxarmağa cəhd edən Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd ərazi icra nümayəndəsi Zeynalov Ramiz Surxay oğlu və Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd ərazi icra nümayəndəsi Əhmədov Kamran Vəliyəddin oğlu ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR