Masallının on bir kəndində COVİD-19 infeksiyasına qarşı maarifləndirmə aksiyası keçirildi – VİDEO
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsi vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Masallı rayonunun on bir kəndində aksiya keçirilib.
[media=]
Asiya TV xəbər verir ki, Rayon İcra Hakimiyyətinin göstərişi ilə maarifləndirmə aksiyaları rayonun Qızılavar, Bədəlan, Türkoba, Hişkədərə, Miyənkü, Banbaşı, Köhnə Alvadı, Şərəfə, Ağakişibəyli və Çaxırlı kəndlərində baş tutub.
Kənd ərazi nümayəndələrinin, könüllülərin, eləcə də “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərovun, “Cənubunsəsi.az” xəbər portalının baş redaktoru Mərhəmət Lələyevin, “Azad media.az” xəbər portalının cənub bürosunun rəhbəri Rəmzi Şahverdiyevin və “Masallı Video Studio”-nun rəhbəri Nurşad Bayramovun iştirakı ilə keçib.
Aksiya iştirakçıları sakinlərə əhalinin sıx olduğu qapalı məkanlarda, ticarət və digər obyektlərdə karantin qaydalarına riayət etməsi tövsiyə olunub.
Keçirilən maarifləndirmə aksiyası zamanı sosial ticarət və digər obyekt sahiblərinə, satıcılara, alıcılara məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etmənin vacibliyi barədə danışılıb.