AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin deputatı İlham Məmmədov Yevlax rayon  Yuxarı və Aşağı Qarxun kəndlərinin sakinləri ilə görüş keçirdi.

  • + A
  • - A
  • 15-10-2021, 15:30


    Qəbula gələn vətəndaşlar şəxsi məişət problemləri ilə yanaşı, hər iki kəndin ərazisini əhatə edən və uzun müddətdir ki, mübahisəli məsələyə çevrilən əkin sahələrinin suvarılması üçün yaranan problemlərini deputatın diqqətinə çatdırdılar. Qeyd edilən məsələ ilə əlaqədar deputat İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun Suvarma Sistemləri İdarəsinin nümayəndələri və kənd sakinlərinin iştirakı ilə geniş müzakirələr aparılmış, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Hər iki kəndin sakinləri suvarma sahəsindəki mübahisəli problemin həll olunmasına görə Milli Məclisin deputatı İlham Məmmədova öz minnətdarlıqlarını bildirmişlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR