Deputat başçı ilə birlikdə kənd sakinlərinin müraciətini həll etdi
Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Bəşirli kəndində yenidənqurmadan sonra istifadəyə verilən subartezian quyusunun açılışında iştirak etmişlər.
Burada əhalinin içməli suyuna tələbatının ödənilməsi üçün 120-dən çox fərdi evə xidmət göstərilməsi nəzərdə tutulan 40 tonluq su çəni quraşdırılmışdır.
Tədbirdən sonra İcra Başçısı və Deputat bir qrup kənd sakinləri, ağsaqqal və ziyalılarla görüşmüş, mövcud problemlərin həlli ilə bağlı müzakirələr aparılmışdır.