AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailəsi ziyarət olunmuşdur

  • + A
  • - A
  • 26-10-2021, 16:40


    YAP Ağcabədi rayon təşkilatı II Qarabağ müharibəsində şəhid olanların ailələrini və qazilərin ziyarətini davam etdirir.
    Oktyabr ayının 25-də YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalının iştirakı ilə şəhid Mirəli Hüseynovun ad günü münasibətilə şəhidin ailə üzvləri ziyarət edilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə şəhid Mirəli Hüsenovun yaşadığı evin yaxınlığında onun xatirəsinə inşa olunmuş xatirə bulaq kompleksini şəhidin valideyinlərinin iştirakı ilə ziyarət edilmiş, kompleksdə şəhidin mərmər üzərində həkk edilmiş şəkli önünə və kompleksin qarşısına qərənfillər düzərək onun əziz xatirəsini ehtiramla yad etmiş, xatirə şəkili çəkdirmişlər.
    Ziyarət iştirakçıları sonra şəhidin doğulub, boya-başa çatdığı evə gedərək ailə üzvləri və yaxın qohumları ilə görüşmüşlər.
    Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov şəhidin ailə üzvləri ilə söhbət zamanı Mirəli Hüseynovu şəxsən tanıdığını, onun vətənpərvər bir gənc, cəsur və igid bir döyüşçü kimi ad qazandığını və torpaqlarımızın Erməni işğalçılarından azad edilməsində xüsusi xidmətləri olduğunu qeyd etmişdir. Şəhidin qardaşı Mirağa Hüseynov demişdir ki, qardaşı Mirəli Vətənini sevən, onun uğrunda ölməyi şərəf bilən cəsur bir oğlan idi. Füzulinin və Qubadlının işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmiş, Qubadlının yuxarı kəndlərinin qaytarılması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
    Ölümündən sonra Mirəli “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Mirəli 2021-ci ilin oktyabr ayının 28-də şəhadətə yüksəlmiş və Ağcabədi rayon şəhidlər xiyabanında təntənəli surətdə dəfn edilmişdir.
    Mən dəfn zamanı qəbrin üzərində demişdim ki, qardaşımın və bütün şəhidlərimizin intiqamını almaq üçün hər an döyüşlərə qatılmağa hazıram. Bu gün də sözümün üstündə dururam. Əgər Ermənilər 10 noyabr 2021-ci il sazişinin şərtlərinə əməl etməsələr, təxribatlar törətməkdə davam etsələr, Qələbəmizin təminatçısı Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşlərə atılmağa, qardaşım kimi şəhid olmağa hazıram.
    Görüş zamanı Rövşən Əhmədov vurğulamışdır ki, II Vətən müharibəsi dövründə minlərlə Ağcabədili gənc müharibədə iştirak etmiş, 42 şəhid vermişik, yüzlərlə gənc yaralanmış və qazi adını almışdır. Övlad itkisi ağır olsa da, 44 gün davam edən ölüm-dirim müharibəsində qalib gəlməyimiz yaralarımıza məlhəm oldu. Xalq ayağa qalxaraq ordunun arxasında durdu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi və hərb meydanında məqsədyönlü və yorulmaz fəaliyyəti bizə Qələbə sevinci yaşatdı. Bizə Qələbəni bəxş etmiş bütün şəhidlərimizə allah rəhmət eləsin.
    Şəhidin atası Arif Hüseynov, anası Laləzər Hüseynova şəhid balaları Mirəlinin ad günündə onları tək qoymadıqları üçün qonaqlara təşəkkür etmiş, eyni zamanda Ağcabədi rayon İcra Hakimiyyətinin onların problemlərinin həllində həmişə dəstək olduqlarını bildirmiş, əhid ailələri və qaziləri daim diqqətdə saxladığı, onların maddi təminatının təmin etdiyi üçün Ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR