AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatlar Masallıda şəhid mayorun məzarını ziyarət edib – FOTOLAR

  • + A
  • - A
  • 18-07-2020, 15:32

    Deputatlar Masallıda şəhid mayorun məzarını ziyarət edib – FOTOLAR

    Bu gün Milli Məclisin bir qrup deputatı Masallı rayonunun Ərkivan qəsəbəsində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun məzarını ziyarət edib.

    AzadMedia.az SOSİUM.az-a istinadən xəbər verirki, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar – Məşhur Məmmədov, Soltan Məmmədov, Elnur Allahverdiyev, Şahin Seyidzadə, Anar İsgəndərov, Rüfət Quliyev və Razi Nurullayev şəhid hərbçimizin məzarı önünə əklil qoyub, ruhuna dualar oxuyublar. Milli Məclisin sədr müavini Fəzail İbrahimli Anar Novruzovun döyüş şücayətindən danışaraq, onun əziz xatitəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib, xatirə lövhəsinə ürək sözlərini yazıb.

    Daha sonra deputatlar şəhidin evinə baş çəkərək, ailə üzvləri ilə görüşüblər. Görüşdə şəhidin həyat yoldaşı, qardaşları, övladları iştirak edib. Şəhidin ailə üzvləri bildirib ki, Anarı itirmək nə qədər çətin olsa da, bir o qədər şərəflidir: “Çünki Anar vətən uğrunda şəhid olub”.

    Milli Məclisin üzvləri ailənin problemləri ilə maraqlanaraq, Azərbaycan dövlətinin hər zaman onların yanında olacaqlarını, hər cür dəstək göstərəcəyini bəyan ediblər.

    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR