Azadmedia.az - İyulun 25-27 tarixləri arasında Masallı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Yanğın-taktiki məşğələsi keçirilib.
Məşğələnin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.