AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir şəhid, bir şahid - FOTO

  • + A
  • - A
  • 15-08-2022, 20:30

    Bir şəhid, bir şahid - FOTO


    Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzinin səhnəsində Nurlan və İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr olunmuş “Bir şəhid , bir şahid” tamaşası nümayiş olunmuşdur . Yazıçı-dramaturq Nurəddin Ədiloğlunun “Vətən pərvanələri” pyesinin motivləri əsasında hazırlanmış tamaşaya Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının rejissoru Camələddin Əliyev quruluş vermişdir. Tamaşada Xalq teatrının aktyorları ilə yanaşı Masallı Dövlət Regional Kollecinin tələbələri və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin həvəskar aktyorları iştirak edirdilər. Tamaşanın səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.

    Tamaşanı izləyənlərin arasında Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov ,Milli Məclisin deputatları - Anar İsgəndərov və Məşhur Məmmədov da yer almışlar.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR