Lənkəranda Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi və ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib.
Azadmedia.az xəbər verir ki, ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və icra aparatının məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə və məhkəmə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər, abidə önünə tər güllər düzüblər, hörmət və ehtiramlarını ifadə ediblər.
Ölkəmizdə ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi olduğunu söyləyən rayon rəhbəri Azərbaycanın ədliyyə orqanlarının yaranmasından 104 il ötdüyünü qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparıldığını, ədliyyə orqanlarının fəaliyyətinin genişləndirildiyini, bu sahədə yeni iş metodlarının, qabaqcıl texnologiya və elektron xidmətlərin geniş tətbiqinin təmin edildiyini diqqətə çatdırıb.
Daha sonra Göyşaban kəndi ərazisində, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həyətində ağacəkmə aksiyası keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.