Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 170101,3 min manat təşkil etmişdir ki, onun da 83623,5 min manatı və ya 49,2 faizi bitkiçilik, 86477,8 min manatı və ya 50,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
Dənli və dənli paxlalıların 2022-ci ilin yanvar-dekabr aylarında 27999,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1084,0 ton və ya 4,0 faiz çoxdur. Qarğıdalı bitkisinin 2022-ci ilin yanvar-dekabr aylarında 1690 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 616,0 ton və ya 57,4 faiz çoxdur.
Dən üçün günəbaxan (ilkin çəkidə) 101 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,0 ton və ya 3,1 faiz çoxdur. Bostan bitkilərinin 2022-ci ilin yanvar-dekabr aylarında 4538,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,0 ton və ya 0,6 faiz azdır. Kartof bitkisinin 2022-ci ilin yanvar-dekabr aylarında 15695,0 ton məhsul götürülmüş bu da ötən ilin müvafiq dövrünə nisbətən 164,0 ton və ya 1,1 faiz çoxdur.
Tərəvəz bitkilərinin 2022-ci ilin yanvar-dekabr aylarında 56612,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 907,0 ton və ya 1,6 faiz çoxdur. Meyvə və giləmeyvələr üzrə 2022-ci ilin yanvar-dekabr aylarında 4806,2 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 439,8 ton və ya 10,1 faiz çoxdur. Yaşıl çay yarpağı üzrə 2022-ci ilin yanvar-dekabr aylarında 12,9 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,6 ton və ya 16,8 faiz azdır.
Tütün bitkisinin 2022-ci ilin yanvar-dekabr aylarında 39,6 ton məhsul götürülmüş bu da ötən ilin müvafiq dövrünə nisbətən 49,5 ton və ya 55,6 faiz azdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.