Bu gün Ermənistanın aidiyyəti qurumlarının Azərbaycanın Qarabağ ərazisində itkin düşən hərbçilərin cəsədlərinin axtarışı heç bir nəticə verməyib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilir ki, axtarış və xilasetmə əməliyyatı bu gün əvvəldən müəyyən edildiyi kimi Hadrut qəsəbəsində həyata keçirilib. Fövqəladə Hallar Xidməti axtarışların sabah davam etdirilməyəcəyini bəyan edib. Amma yaxın günlərdə ölmüş hərbçilərin cəsədlərinin tapılması istiqamətində əməliyyatların bərpa ediləcəyi vurğulanıb.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsi bitdikdən sonrakı dövr ərzində 1518 erməni hərbçinin cəsədi və ya cəsəd qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.