AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 9-07-2024, 19:05

    "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı tədbir keçirilib - FOTOLAR

    05 iyul tarixində “Sağlamlığa Xidmət” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin növbəti tədbiri Şirvan Şəhər Mərkəzi Xəstəxanasında keçirilirib.

    QHT.az xəbər verir ki, icra olunan layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan ərazilərdə vərəm xəstələrini, onların ailə üzvlərini, yaxın kontaktlarını məlumatlandırmaq və vərəmin erkən aşkarlanmasına dəstək göstərməkdir. Tədbirdə "Sağlamlığa Xidmət" İctimai Birliyinin direktor müavini, layihə rəhbəri Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin koordinatoru, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Mətanət Qaraxanova, ”İnkişafa Doğru Qadın Təşəbbüslərinə Dəstək” İctinai Birliyini sədri, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Ziba Nəbiyeva, “Sağlamlığa Xidmət” İB-nin texniki işçisi Abbas Məmmədov iştirak ediblər. İlk öncə layihə əməkdaşları Şirvan şəhər Mərkəzi Xəstəxanasının direktoru doktor Pərviz Rüstəmbəyovla görüş keçirib. Layihə rəhbəri Samirə Muxtarova tədbirin məqsədi barəsində ətraflı məlumat verib.

    Tədbirdə açılış nitqi ilə çıxış edən həkim- ftiziatr Məlahət Məmmədova tədbiri açıq elan edərək "Sağlamlığa Xidmət" İctimai Birliyinin vərəm xəstələri, onların yaxın təmasları arasında keçirilən maarifləndirici tədbirini təqdirəlayiq hesab edərək, belə önəmli maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

    Layihə rəhbəri Samirə Muxtarova tədbirin təşkil olunmasında böyük dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan TƏBİB- in rəhbərliyinə, əməkdaşlarına, xüsusilə, Ramella Osmanovaya, Şirvan şəhər İcra hakimiyyətinin rəhbərliyinə və nümayəndə heyətinə, Şirvan şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüsrəmbəyova, direktor müavini Zamin Fərziyevə, İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Lamiyə Qanbayevaya, İnformasiya Texnologiyalar şöbəsinin müdiri Vəfadar Əsgərova, Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkim- ftiziatrı Məlahət Məmmədovaya minnətdarlığını bildirib.

    Daha sonra Layihə rəhbəri Samirə Muxtarova təqdimat vasitəsilə iştirakçılara hava- damcı yolu ilə yayılan vərəm xəstəliyi barəsində geniş məlumat verərək, xəstəliyin profilaktikası, onun yoluxma yolları, erkən aşkarlanmanın əhəmiyyəti, vərəmin diaqnostikası və müalicəsində ÜST-ün ən son yeniliklərilə bağlı məlumatlarını iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri onu da qeyd edib ki, xəstəlik nə qədər erkən aşkar olunub, tam kompleks müalicə edilərsə, effektivliyi bir o qədər yüksək olar. Eyni zamanda düzgün müalicə olunmadıqda asan sağala bilən dərmana həssas vərəm formasının, çətin sağala bilən dərmana davamlı vərəm formasına çevrilməsini də bildirib. Onu da qeyd edib ki, vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Bu baxımdan xəstələr təyin edilən müalicəni fasilə vermədən sona qədər davam etməli, kontaktlar isə profilaktik müayinədən keçməlidirlər.

    Həmçinin sonda vərəmlə bağlı məlumatlandırıcı sosial videoçarx nümayış olunub. İnteraktiv şəkildə keçən tədbirdə Samirə Muxtarova vərəmlə bağlı iştirakçıların çox saylı suallarını cavablandırıb. Hepatit, İİV/QİÇS, xəstəlikləri barəsində Ziba Nəbiyeva təqdimatla çıxış edərək, viruslu hepatitlər, onların yoluxma yolları və qorunma qaydaları haqqında məlumat verib. Daha sonra məlumatlandırıcı sosial videoçarx nümayiş olunub.

    İştirakçılara vərəm xəstəliyi və viral hepatitlərlə bağlı maarifləndirici bukletlər paylanılıb. Layihənin icrası zamanı layihənin viziuallığını və əhəmiyyətliyini təmin etmək məqsədi ilə banerdən istifadə edilib.
    "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar” adlı layihəsinin ikinci tədbirində 47 nəfər şəxsin məlumatlandırılması təşkil olunub.

    Sonda iştirakçıları maraqlandıran suallar layihə əməkdaşları tərəfindən cavablandırılıb və qrup foto çəkilib. Tədbir ZOOM proqramı vasitəsilə yayımlanıb. Qeyd edək ki, növbəti tədbirlər Salyan, Masallı, Sabirabad və Ağcabədi rayonlarında keçiriləcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR