Biz adətən X, Y, Z nəslindən danışırıq. MZ nəsli anlayışı Cənubu Koreyada ortaya çıxıb və bütün cəmiyyətlər üçün məqbuldur. Bu nəslin nümayəndələri fərqli çalışır, fərqli düşünürlər. Onlar bizim gələcəyimizdir. Onlarla necə əməkdaşlıq etmək olar? Əlbəttə ki, hər bir ölkənin nailiyyəti onlardan daha çox asılıdır. “MZ nəsli” anlayışı təkcə Cənubi Koreyada deyil, bütün ölkələrdə istifadə olunmağa başlayıb. X-nəslinə 1965-1979-cu illərdə anadan olanlar daxildir. MZ nəsli özündə iki nəsli birləşdirir: Y, yaxud “milleniallar”-yəni 1980- 1994-cü ildə anadan olanlar. (M-millenium, “minillik”). Və Z-nəslini:1995-2010- illərdə anadan olanlar. Məsələn, Cənubi Koreyada MZ –nəsli əhalinin33,7 faizini təşkil edir. Bu nəslin dünyagörüşünün formalaşmasına texnologiyaların misilsiz təsiri vardır. Ölkələrin inkişafında yeni ideyaların generasiyası və yeni yanaşmalar bu nəslin üzərindədir. Yeni nəsil mütəxəsislərin hazırlığı əsasən sürətli inkişaf edən Universitetlərin üzərinə düşür. Köhnəlmiş maddi-texniki baza ilə geriyə, vaxtilə X nəslinin qazandığı bilik və bacarıqları aşılamaqla irəli getmək mümkün deyil. MZ - nəslinin ölkəyə fayda verməsi üçün geniş Universitet islahatlarına başlamaq lazımdır. Maraqlıdır ki, Cənubi Koreyada yaradılan yeni Universitetlər bir müddət sonra Harvard, Stenford və digər nüfuzlu universitetlərlə eyni sırada dayanacaq.
Etubar Əliyev,
Təhsil üzrə ekspert,
Milli Məclisin Vl çağırış deputatı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.