ABŞ prezidenti Co Bayden ölkənin təhlükəsizliyi üçün Ukraynaya 2,5 milyard dollara yaxın vəsait ayırdığını açıqlayıb.
Bu barədə Ağ Evin saytında məlumat verilib.
“Bu gün mən Ukraynaya 2,5 milyard dollara yaxın təhlükəsizlik yardımı elan etməkdən qürur duyuram...”, - bəyanatda deyilir.
Yeni yardım paketinə Ukrayna ordusu üçün 1,25 milyard dollar və Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə 1,22 milyard dollar daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.