AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkədə ölüm hökmü ləğv edildi

  • + A
  • - A
  • 1-01-2025, 12:30

    Bu ölkədə ölüm hökmü ləğv edildi

    Zimbabvedə ölüm hökmü ləğv edilib.

    Prezident Emmerson Mnanqavanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib. Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.

    Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.

    2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR