2024- cü ilin son gününü, son saatlarını yaşayırıq. İbrahim müəllim olaraq hər an, hər dəqiqə, hər gün dövlətimin , möhtərəm cənab Prezidentin yanında olan vətəndaşam. Sadə kəndli ailəsində doğulmuş biriyəm, amma ölkədə bərqərar olan Heydər Əliyev siyasəti nəticəsində ali təhsil müəssisəsində bütün vəzifə etaplarını keçmiş biriyəm: dekan, tədris işləri prorektor, nəhayət möhtərəm cənab Prezidentin müvafiq Sərəncamı ilə rektor, 10 ilə yaxın bir müddətdə bu vəzifəni ləyaqətlə icra etdim, bütün fəaliyyətimi aşkarlıq, tələbə məmnuyyəti üzərində qurdum, nəfəs aldığımız Vətənə, ölkə rəhbərinə hədsiz inam və etibar konusunda xidmət etdim, Bitki mühafizə və Texniki Bitkilər Elmi- Tədqiaat İnstitutuna gəldim, çox şeyləri dəyişdim, işgüzar, savadlı, Vətən sevgisi hər zaman üstün olan bir kollektiv qurdum. Hesab etdim ki, vəzifənin böyüyü, kiçiyi yoxdur; əsas işinə, Vətəninə sevgidir. Bu Vətən sevgisi ilə yolumuzu davam etdirdik. Mən Vətən övladıyam, mən Vətən kişisiyəm, mən Vətənimin, Vətən rəhbərimin yanında olan bir əsgərəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.