AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu şəhərdə küçədə siqaret çəkmək qadağan edildi

  • + A
  • - A
  • 1-01-2025, 10:30

    Bu şəhərdə küçədə siqaret çəkmək qadağan edildi

    İtaliyanın dəb və maliyyə paytaxtı sayılan Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

    2020-ci ildə qəbul edilmiş qərar yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, bütün ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkmək qadağandır. Qərarda məqsəd havanın keyfiyyətinin yaxşılaşdırılmasıdır.

    Qərarda 2 istisna mövcuddur: Milanda yalnız xüsusi ayrılmış ərazilərdə, insanlar arasında minimum 10 metr məsafə gözlənilməklə siqaret çəkmək mümkündür. Elektron siqaretə isə əhalinin kütləvi toplaşdığı yerlər xaricində icazə verilir.

    Qanunu pozanları 40-240 avro arası cərimə gözləyir.

    İtaliya Avropada ən çox siqaret çəkilən ölkələrdəndir. Hər 5 italiyalıdan biri siqaret çəkir. Rəsmi statistikaya görə, 2023-cü ildə 93 000 italiyalı siqaretin səbəb olduğu xəstəlikdən ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR