AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada 4 nəfər atəşfəşanlıq zamanı öldü

  • + A
  • - A
  • 1-01-2025, 12:00

    Almaniyada 4 nəfər atəşfəşanlıq zamanı öldü

    Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə Almaniyada dörd nəfərin həyatına son qoyub.

    Şimali Reyn-Vestfaliya əyalətində 24 yaşlı gənc özünün hazırladığı fişəngin partlaması nəticəsində həlak olub. Saksoniyada atəşfəşanlıq nəticəsində iki ölüm faktı qeydə alınıb. Oşats şəhərində böyük atəşfəşanlıqdan sonra 45 yaşlı şəxs başından ağır xəsarət alıb. Həmin şəxs xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Saksoniyanın Hartha şəhərində 50 yaşlı ailə kişi üzvlərinin iştirakı ilə patlatdığı fişəngin təsirindən aldığı xəsarətlər nəticəsində hadisə yerində həlak olub. Hamburqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölümcül yaralanan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

    Hadisələrlə əlaqədar polis tərəfindən təhqiqat aparılır.

    Qeyd edək ki, polis pirotexniki vasitələrdən istifadə ilə əlaqədar əhaliyə bir neçə dəfə xəbərdarlıq edib, həmin vasitələrin qanunsuz satışına qarşı əməliyyatlar keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR